Dünya

NATO-unun özünü yeniləməsi qaçılmazdır – Ərdoğan

“Hazırkı təhlükələri aradan qaldırmaq üçün NATO-nun özünü yeniləməsi qaçılmazdır”.

Redaktor.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan London səfəri öncəsində belə açıqlama verib. O bildirib ki, NATO terror qruplaşmalarına qarşı ikili standartlara son qoymalıdır. Ərdoğanın sözlərinə görə, NATO-nun bəzi üzvləri hərbi alyansa akternativ axtarır.

”Türkiyə NATO-nun əvəzolunmaz müttəfiqidir” – deyən Ərdoğan, alyans üzvlərini birliyə çağırıb.

Xatırladaq ki, bu gün NATO-ya üzv ölkələrinin liderləri, hərbi alyansın yaranmasının 70-ci ildönümü münasibətiylə Londonda toplaşacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir