“Biz heç vaxt başqa bir dövlətin, hətta qardaş Rusiyanın tərkibinə daxil olmağa hazırlaşmamışıq və hazırlaşmırıq”.
“BelTA” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko dekabrın 5-də ölkə parlamentinə müraciətində bildirib.
Onun sözlərinə görə, Belarus hakimiyyəti ölkənin müstəqilliyi və suverenliyini təhvil verməyə hazırlaşmır.(Report)