Moldova Azərbaycan da daxil olmaqla, bir neçə ölkədən səfirini geri çağırıb. Hökumət üzvlərinin bununla bağlı qərar layihəsi Xarici İşlər Nazirliyinin Baş katibi Yevgeni Revenko tərəfindən təsdiqlənib.
Bu barədə “Tv8.md” xəbər yayıb.
Beləliklə, Moldova Respublikasının Azərbaycandakı səfiri Qeorqe Leuka, Portuqaliyadakı səfiri Dumitru Sokolan və Estoniyadakı səfiri İnqa İonese Kişinyova qayıdacaq.
Qeyd edək ki, Qeorqe Leuka və Dumitru Sokolan dövlət katibi kimi fəaliyyət göstərmək üçün Kişinyova qayıdır. Onların namizədləri hökumət iclasında təsdiqlənib.