“Çelsi” qış transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Zirveyolu.info xəbər verir ki, “zadəganlar” “Borussiya”nın oyunçusu Ceydon Sançonu transfer etmək istəyir. London təmsilçisinin Arbitiraj Məhkəməsinə etirazı qəbul edilərsə, 19 yaşlı futbolçu üçün 80 milyon avrodan yüksək məbləğdə təklif göndəriləcək.
Hücumçu ilə “Mançester Yunayted”in də yaxından maraqlandığı bildirilib. “Qırmızı şeytanlar” futbolçu üçün 140 milyon avro xərcləməyə hazırdır. /qol.az/