Şou biznes

Kama Balidə bahalı klip çəkdirdi – Video

Rəqqasə Kama Safarəliyeva yeni klipi üçün İndoneziyaya gedib.

Axşam.az xəbər verir ki, sənətçi Bali adasında obyektiv qarşısına keçib. O, klipinə də elə “Bali” adını verib. Kama beş fərqli obrazda adanın fərqli yerlərində rəqs nümayiş etdirib. Diqqətçəkən məqamlardan biri isə rəqqasənin okean sahilində çimərlik geyimində pozlar verməsi olub.

Kama ekran işində adanın sakinlərinə də yer verib. Onun makiyajı üzərində isə vizajist Günel Axundova çalışıb.

K.Safarəliyeva klipi barədə danışarkən fərqli görüntülər üçün Bali adasını seçdiyini deyib:

“İstədim ki, həm təbiət qoynu olsun, həm də fərqli bir klip alınsın. Bunun üçün də gözəl mənzərələrlə bol olan Balini seçdim. Məncə, pis də alınmadı. Klip çox rəngarəngdir”.

Kama uşaqlıqdan rəqslə məşğul olduğunu, daim üzərində çalışdığını söyləyib:

“Uzun müddətdir rəqqasəlik edirəm. Uşaqlıqdan buna həvəsim olub. İndi də üzərimdə çalışıram. Qarşıda isə daha maraqlı layihələrim var”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir