Dünyanın ən böyük yeni il ağacının işıqlandırılması mərasimi İtaliyanın Gubbio kommunasında (Umbriya bölgəsi) baş tutub.
Banker.az xəbər verir ki, bu haqda “Umbria24” nəşri məlumat yayıb.
Bu ağacın hündürlüyü 750 m, eni isə 450 m təşkil edir, İndjino dağının cənub yamacında işıq instalyasiyası kimi təsvir edilib. 700-dən çox neon işıq elektrik kabel ilə bir-birinə bağlanaraq möhtəşəm mənzərə yaradıb, ağacın başında beş dəqiqədən bir rəngini dəyişən ulduz var.
Qeyd edək ki, Gubbio artıq 38 ildir ki, bu neon ağacın işıqlarını yandırır, bu könüllülərin təşəbbüsü olmuşdur. O, 1991-ci ildə dünyanın ən böyük ağacı olaraq Ginnesin Rekordlar Kitabına daxil edilmişdir.