Avropa Birliyi ilə Azərbaycan arasında imzalanacaq sənəd 400 səhifədən ibarətdir”. Modern.az-ın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev bildirib.
O qeyd edib ki, sazişin siyasi aspektləri sırasında Dağlıq Qarabağ münaqişəsi önəmli yer tutur.
F.Şəfiyev sənəddə Dağlıq Qarabağ konflikti ilə bağlı Azərbaycanın mövqeyinin dəstəkləndiyini vurğulayıb.
Mərkəz sədri əlavə edib ki, sənəddə həmçinin, geosiyasi məsələlərlə yanaşı, humanitar məsələlər də əksini tapıb”.
“Avropa Birliyi də Azərbaycanla bu sazişin tezliklə imzalanmasını arzulayır”-,deyə F.Şəfiyev əlavə edib.
F.Şəfiyev deyib ki, Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsini həll edən deyil.
“Lakin onların problemin həlli ilə bağlı müəyyən mexanizmləri mövcuddur”.
O bildirib ki, əsas məsələ bu birliyə daxil olan dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsidir:
“Bildiyiniz kimi, Avropa Komissiyası yenidən formalaşmaqdadır. Avropa Komissiyası Dağlıq Qarabağda keçiriləcək qondarma seçkiləri, Ermənistanın baş naziri Nikol Paşinyanın avqust ayında səsləndirdiyi “Miatsum” bəyanatını pisləyir”.
Mərkəz sədri deyib ki, Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv iştirak edə bilməz, çünki problemin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çalışır:
“Avropa Komissiyası də münaqişənin həllində öz fəal rolunu görmür. Onlar sadəcə müəyyən layihələrə dəstək verə bilər. Əsas odur ki, Avropa Birliyi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində bizi dəstəkləyir”.