Polis uniformasında olan terrorçular Somalinin paytaxtı Moqadişuda otelə hücum ediblər.
Axar.az xəbər verir ki, avtomobillə əraziyə gələn silahlılar SYL HOTEL-in binasına daxil olublar.
Hazırda təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışmanın getdiyi bildirilib.
Məlumata görə, otelə hücum zamanı 3 nəfər xəsarət alıb.
Onların 2-i deputat, digəri isə keçmiş daxil işlər naziridir.