Cəmiyyət Manşet

Ümrə ziyarətinə gedənlər üçün qiymətlər ucuzlaşacaq

Azərbaycandan Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xətti ilə gedəcək növbəti qrup dekabrın 23-də yola düşəcək.

QMİ-dən verilən məlumata görə, hazırda Ümrə ziyarətinin təşkilini paralel şirkətlər də həyata keçirir.

İdarədən bildirilir ki, ziyarətin qiyməti ən azı 1050, ən çoxu isə 1520 dollar təşkil edir: “Ümrə ziyarətinin qiyməti ortalama 1200 dollar olsa da, zəvvarlar əsasən vip paketləri, yəni 1500-dən yuxarı olan qiymətləri seçirlər. Bu isə həmin qiymətə ziyarətin daha yüksək səviyyədə təşkili, otellərin səliqə-səhman və xidmətlərinin yaxşı olması ilə əlaqədardır”.

QMİ-dən bildirilib ki, Səudiyyə dövləti ziyarətə təkrar gedənlər üçün əlavə rüsumu götürsə də, gediş üçün vizaların qiymətini yüksəldib.

Məlumata o da əlavə olunub ki, hazırda yeni il ərəfəsi olduğu üçün qiymətlər nisbətən bahadır: “Yanvar ayının sonlarından başlayaraq, Ümrə qiymətlərində 200 dollaradək endirim olacaq”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir