Manşet

Azərbaycanda 13 yaşlı qızı oğurladılar

Bir neçə il əvvəl Ağcabədi rayonunda azyaşlı qızın oğurlanması hadisəsinə görə həbs edilmiş qrup üzvlərindən biri Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.3-cü, yəni (adam oğurluğu-yetkinlik yaşına çatmayan şəxsə qarşı tpörədildikdə) maddəsi ilə ittiham edilən Abdullayev Bəhruz İsmayıl oğlu Ali Məhkəmədən ona bəraət verilməsini xahiş edib. Meüaciətə hakim Şahin Yusifovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Sadiq Fərzəliyev yaşadığı Ağcabədi rayonunun Şənlik kəndində həmkəndlisi, 2001-ci il təvəllüdlü Sara Mehdiyevanı (ad və soyad şərti verilib – H. Z.) evlənmək məqsədilə qaçırıb. Ona bu işdə bacısının əri Samir Kazımov, tanışları – Namiq Əhmədov və Bəhruz Abdullayev köməklik göstəriblər. Hadisə 12 oktyabr 2015-ci il tarixdə baş verib. Həmin vaxt Sara Mehdiyeva orta məktəbin 9-cu sinfində oxuyub.

Kənd sakini Sadiq Fərzəliyev əvvəlcədən planlaşdırlmış şəkildə yaxın dostları Bəhruz Abdullayev, Samir Kazımov və Namiq Əhmədovla əlbir olaraq məktəbdən çıxıb evə gedən Sara Mehdiyevanı zorla avtomobilə mindirərək qaçırıblar. Sara Mehdiyevanın Sadiq Fərzəliyev və digərləri tərəfindən oğurlanması barədə polisə şikayət edilib. Şikayət əsasında qız onlardan alınaraq ailəsinə təhvil verilib.

Sadiq Fərzəliyev, Samir Kazımov və Namiq Əhmədov Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu), Bəhruz Abdullayev isə 32.5,144.3-cü (adam oğurluğunda iştirakçılıq) maddələri ilə ittiham ediliblər. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sadiq Fərzəliyev 12 il 6 ay, Samir Kazımov 11 il, Namiq Əhmədov 10 il, Bəhruz Abdullayev 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini xahiş ediblər. Həmçinin prokurorluq apelyasiya protesti verib. Prokurorluq təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib.

Tərəflərin şikayətləri araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə araşdırılıb. Məhkəmə kollegiyası həm prokurorluğun protestinin, həm də təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərinin dəlillərini araşdırıb. Sonda hakim heyəti qərar elan edib.

Məhkəmə prokurorluğun protestini təmin etməyib. Təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətləri qismən təmin edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib, təqsirləndirilən şəxslərin barəsində yeni hökm çıxarılıb. Sadiq Fərzəliyev, Samir Kazımov, Namiq Əhmədov və Bəhruz Abdullayevin cinayət məsuliyyətindən azad olunması barədə hökm elan edilib. Hökmə əsasən, Sadiq Fərzəliyev, Samir Kazımov, Namiq Əhmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 144.3-cü, Bəhruz Abdullayevin ittiham olunduğu 32.5,144.3-cü maddələri cinayət işi üzrə icraata xitam verilib.

Məhkəmə Sadiq Fərzəliyev, Samir Kazımov, Namiq Əhmədov və Bəhruz Abdullayevin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir