Manşet

Bələdiyyə seçkilərini müşahidə etmək üçün müraciət müddəti BAŞA ÇATIR

Bu gün dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar müəyyən seçki dairəsinin hüdudlarında müşahidə aparılması üçün ərizələrin müvafiq dairə seçki komissiyasına təqdim edilməsi müddəti başa çatır.

Seçki Məcəlləsinin 1.1.19, 40.4, 40.5, 40.7-ci maddələrinə əsasən, aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək müəyyən seçki dairəsinin hüdudlarında müşahidə aparılması üçün ərizələrin müvafiq dairə seçki komissiyasına təqdim edə bilər.

Bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət dekabrın 18-dək olan dövrü əhatə edir.

Qeyd edək ki, bələdiyyə seçkiləri ilə əlaqədar respublikanın seçki keçirilən bütün dairələrində müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi və səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün xüsusi icazə almaqdan ötrü Mərkəzi Seçki Komissiyasına müraciət edilməsi müddətləri dekabrın 13-dək olan dövrü əhatə edib.//Apa.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir