Ermənistan Silahlı Qüvvələri Qazaxın Quşçu Ayrım və Fərəhli kəndlərində yaşayış evlərini intensiv atəşə tutub
2019-cu ilin 17 dekabr tarixində saat 20:30 radələrindən başlamaqla Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Koti və Boqanis kəndlərinin yaxınlığındakı döyüş mövqelərindən “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqamətindəki sərhəd döyüş məntəqələri və kənd sakinlərinin yaşayış evləri intensiv atəşə tutulub.
Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Düşmən bölmələrinin atəş nöqtələrinə qarşı cavab atəşi açılıb.