Vyana Dövlət Operasının prestijli balet akademiyasında uşaqlara çəkilərini nəzarətdə saxlaya bilmək üçün siqaret çəkmələri tövsiyə olunub.
Publika.az BBC-yə istinadən xəbər verir ki, iddianın araşdırılması üçün xüsusi komissiya yaradılıb.
Komissiya gənc balerinlərin çətin təlim, məşq və performans prosesindən keçdiklərini vurğulayıb.Araşdırma nəticəsində balerinlərin ayrı-seçkilikdən, diqqətsizlikdən və mənfi tibbi təsirlərdən kifayət qədər qorunmadıqları aşkarlanıb.
Məşqlərə nəzarətin aşağı olduğu və uşaqların təhlükəyə atıldığı qeyd edilib.
Qeyd edək ki, Vyana Dövlət Operasının sözügedən akademiyası 1711-ci ildə qurulub və məzunları London Krallıq Baleti, Nyu-York Balet Teatrı kimi məşhur səhnələrdə çıxış edir.