Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov ötən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Nizaməddin Quliyev aprelin 5-də Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Azərbaycanda icra başçılarının həbs olunması ilk hal deyil.
Oxu.Az-ın məlumatına görə, 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı işləyən Rafiq Alışova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320( saxta sənəd) maddələri üzrə ittiham verilib.
O, 2016-cı ilin aprelində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilib.
R.Alışov 2013-cü ildə də Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.
İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.
R.Alışov 2013-cü ildə də eyni maddə ilə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.
Həbs taleyi yaşayan digər icra başçısı (artıq keçmiş icra başçısı) isə Süleyman Rəşidovdur.
S.Rəşidov 1997-ci ildə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
S.Rəşidov 1998-ci ildə icra başçısı vəzifəsindən azad edildikdən sonra barəsində axtarış elan edilib. 2009-cu ilin sentyabrında həbs olunan S.Rəşidov külli miqdarda dövlət əmlakını talamaqda ittiham edilirdi. O, icra başçısı olmamışdan qabaq təhsil şöbəsinin müdiri vəzifəsində işlədiyi müddətdə də dövlət tərəfindən şəhərdə təhsil ocaqlarına ayrılmış külli miqdarda pulu mənimsəyib.
O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.
2010-cu ilin fevralın 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dövlət əmlakını talamaqda təqsirli bilinən sabiq icra başçısının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Mingəçevir şəhər İcra Hakimiyyətinin sabiq başçısı Süleyman Rəşidova hökm oxunub. Hökmə əsasən, S.Rəşidov dörd il şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.