İspaniya La Liqası çərçivəsində keçirilən “Barselona” və “Real Madrid” futbol qarşılaşmasından sonra toqquşmalar baş verib.
Hakimiyyetvexalq.az edaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, polisin müstəqillik tərəfdarlarının keçirdiyi aksiyaya müdaxiləsi nəticəsində 21 nəfər xəsarət alıb. Məlumata görə, separatçı təşkilatın oyunu baykot etmək barədə çağırışlarından sonra “Nou Kamp” stadionunun ətrafına toplaşıb.
Asayiş keşikçilərinin nümayişçiləri dağıtmaq cəhdi toqquşmalara yol açıb. 5 nəfər həbs edilib.