Sosial

Baş onkoloqdan televiziyalara İRAD

“Bu gün hansı televiziyada dövlət müəssisəsində fəaliyyət göstərən səhiyyə müəssisəsindən professor dəvət olunur? Bu gün televeziyalar Azərbaycan qadınının öz mətbəxində bişirdiyi dadlı yeməyi qoyub, günəbaxan yağında bişirdiyi yeməyi reklam edirlər”.
Bunu verir ki, bunu “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda konfransda Milli Onkologiya Mərkəzinin baş həkimi, Səhiyyə Nazirliyinin Baş onkoloqu Azad Kərimli deyib.

Onun sözlərinə görə, bu gün ölkədə ən böyük təbliğat maşını televiziyalardır: “Ancaq televiziyanı açanda hansısa müğənninin ad gününü görürsən. Bir professor yoxdur ki, onun ad gününü keçirsinlər?! Onların ölkəyə verdiyi xeyir müğənnilərdən daha çoxdur”. (trend)

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir