Dünya

Britaniya ordusunda maliyyə BÖHRANI

Böyük Britaniya ordusunda büdcə kəsirinin çox olmasına görə bəzi hərbi xidmətlər dayandırılacaq.Zirveyolu.info Anadolu agentliyinə istinadən xəbər verir ki, London bəzi uçuşları, dəstək üçün əlavə gəmilərin göndərilməsini və hərbi təlimləri təxirə salacaq. Məlumata görə, gələn ilin hərbi büdcəsi üçün təqribən 1 milyard funt sterlinq kəsir var.

Kəsirin yaranmasına “F-35” təyyarələrinin alınması və yeni nüvə sualtı qayıqlarının istifadəyə verilməsi səbəb olub.

Qeyd edək ki, sentyabr ayında Müdafiə Nazirliyi əlavə 3,3 milyard funt sterlinq tələb etsə də, hökumət  2,2 milyard funt sterlinq vəsait ayırıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir