Cəmiyyət

“Xocavənd” tankeri təmirdən sonra istismara verilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Nəqliyyat Donanmasına məxsus “Xocavənd” tankeri təmirdən sonra istismara verilib.

ASCO-dan Redaktor.az-a verilən məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Gəminin baş və köməkçi mühərrikləri, nasosları təmir olunub. Bununla belə, baş mühərrikdə 1 ədəd  dirsəkli val dəyişdirilib, bir ədəd  köməkçi mühərrik yenisi ilə əvəzlənib.

Məlumata əsasən, gəmi üzrə gövdə qaynaq, boru quraşdırma, avtomatika və elektrik quraşdırma, izolyasiya işləri yerinə yetirilib. Bundan başqa, heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.

Təmirdən sonra tanker dəniz sınağından uğurla keçib və istismara qaytarılıb.

“Xocavənd” gəmisi 2003-cü ildən Xəzər dənizində maye yük daşımalarına öz töhfəsini verir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir