“The Guardian” portalının tənqidçiləri 2019-cu ildə yayımlanan ən yaxşı serialların siyahısını dərc edib.
Bu barədə Lenta.ru xəbər verib.
Bildirilir ki, reytinqin lideri NBO telekanalının “Succession” (“Varislər”) serialı olub. Amerikanın nüfuzlu mediamaqnat ailəsindən bəhs olunan filmdə baş rolları Nikolas Braun, Brayan Koks, Kiran Kalkin, Piter Fridman və Xiam Abbas oynayıb.
İkinci yerdə, ikinci mövsümü 2019-cu ildə yayımlanan “Fleabag” qərarlaşıb.
Siyahıda üçüncü yerdə “Çernobl” tarixi dramı yer alıb.
Top onluğa, həmçinin “Years and Years” (“İllər”), “The Virtues”(“ Fəzilətlər”), “Unbelievable” (“İnanılmaz”), “Russian Doll” (“Rus gəlinciyi”), “This Time with Alan Partridge” (“Bu vaxt Alan Patricindir”), “Catastrophe” (“Fəlakət”) və “Euphoria” (“Eyforiya”) daxil olub.