Cəmiyyət

Azərbaycanın Xalq rəssamı vəfat edib

Görkəmli Xalq rəssamı vəfat edib.

Mediabiz.az xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Xalq rəssamı, görkəmli qrafika ustası Mir Cəlil Müfidzadə 85 yaşında ürək tutmasından ölüb.
Xatırladaq ki, Cəmil Miryusif oğlu Müfidzadə 24 fevral 1934-cü ildə Naxçıvanın Ordubad rayonunda anadan olub.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Qrafika” kafedrasına rəhbərlik edən Cəmil Müfidzadə “Ofort” adlı dərsliyin müəllifi olub.
O, Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətinə görə 1982-ci ildə Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adları verilib.
Allah rəhmət eləsin!
Qeyd edək ki, bununla bağlı sosial şəbəkədə Siyavuş Əlizadə adlı istifadəçi paylaşım edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir