Şou biznes

Barselonada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarına həsr olunmuş tədbir keçirilib

İspaniyanın Barselona şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarına həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Diasporuna Dəstək Fondu”nun dəstəyi və “Azerbaijani Society in Barcelona”nın (ASB) təşkilatçılığı ilə reallaşan tədbirdə əsasən Kataloniyada yaşayan azərbaycanlılar və həmçinin ölkəmizin xarici dostları iştirak edib.

Tədbiri giriş nitqi ilə açan ASB sədri Kərim Kərimov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edərək, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsinin əhəmiyyətindən danışıb.

Daha sonra tədbirdə ASB tərəfindən 2019-cu il üzrə həyata keçirilmiş tədbir və fəaliyyətləri özündə əks etdirən hesabat xarakterli videoçarx nümayiş etdirilib.

Tədbirdə iştirak edən azyaşlı həmyerlilərimizə bayram hədiyyələri təqdim olunub. Yeni illə bağlı keçirilən bayram lotereyası isə iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir