Yeni Zelandiyanın şimalındakı Bəyaz adada yerləşən “Uakari” vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 19-a çatıb.
Publika.az xəbər verir ki, yerli polisdən verilən açıqlamada püskürmə zamanı xəsarət alanlardan daha 3 nəfərin öldüyü bildirilib.
Qeyd edək ki, “Uakari” vulkanı 9 dekabrda püskürmüş, adadakı 47 nəfərdən 39-u təxliyə edilmişdi. 8 nəfər isə köməksiz vəziyyətdə qalmışdı.