Cəmiyyət Manşet

Zahid Oruca yeni müavin təyin edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2019-cu il tarixli sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü təyin olunmuş Elşad Mirbəşir oğlu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini seçilib.
Bu barədə Oxu.Az-a Mərkəzdən bildirilib.
O, 1998-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin politologiya şöbəsinin bakalavr, 2000-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə isə Vyana Diplomatik Akademiyasında elmi tədqiqat işləri həyata keçirib.

2002-ci ildə Bakı Dövlət Universitetinin Politologiya və Sosiologiya kafedrasına dissertant qəbul olunub və müəllim kimi fəaliyyətə başlayıb. Elşad Mirbəşir oğlu 10 ildən çoxdur ki, aktiv ictimai-siyasi xadim kimi tanınır, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, tanınmış politoloqdur. 2016-2019-cu illərdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Beynəlxalq Münasibətlər və İnsan Hüquqları şöbəsinin müdiri vəzifəsində çalışıb.
O, 2005-ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru, 2018-ci ildə isə siyasi elmlər doktoru dissertasiyalarını müdafiə etmişdir. 3 elmi monoqrafiyanın, 50-dən artıq elmi məqalənin, bir neçə tədris proqramının müəllifidir. Alman, rus və türk dillərini sərbəst bilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir