Pilotsuz uçan aparatların terrorçular tərəfindən tətbiqi dünyanın istənilən ölkəsində mümkündür.
Bunu “Krasnaya zvezda” qəzetinə müsahibəsində Rusiyanın Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Aleksandr Leonov bildirib.
Onun sözlərinə görə, qanunsuz silahlı birləşmələr PUA-ları mükəmməlləşdirmək üzərində işlər aparırlar. Bunula bağlı yaxın vaxtda dronlar vasitəsi törədilə biləcək terror aktlarının təhlükəsi artmaqdadır – “tək Suriyada yox, istənilən ölkənin ərazisində”.
General bildirib ki, dronlarla effektiv mübarizə aparmaq üçün onların axtarma və məhv etmə üsullarını mükəmməlləşdirmək gərəkdir.