Putin sərəncam imzalayıb
Rusiya Prezidenti Vladimir Putin bir sıra nazirliklərin generallarını işdən azad edib.
Zirveyolu.info APA-ya istinadən xəbər verir ki, bu barədəd Putin sərəncam imzalayıb.
Sərəncama uyğun olaraq, işdən kənarlaşdırılan generallar bunlardı:
– Daxili İşlər Nazirliyinin Moskva Metropolitenində Baş İdarəsinin rəisi general Nikolay Savçenko;
– Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin rəis müavini, daxili xidmət general-mayoru Vyaçeslav Bolqov;
– Daxili İşlər Nazirliyinin Voronej vilayəti üzrə Baş İdarəsinin müavini, ədliyyə general-mayoru Vyaçeslav Vorontsov;
– Daxili İşlər Nazirliyinin Kriminalistika Baş İdarəsinin rəis müavini general-mayor Sergey Ryabov;
– Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sankt-Peterburq Universiteti üzrə rəhbəri, daxili xidmət general-leytenantı Eduard Çijikov.
Rusiya prezidentinin digər sərəncamı ilə bu generallar yeni vəzifələrə təyinat alıblar:
– Daxili xidmət general-mayoru Vladimir Denejkin Yanğından Mühafizə Baş İdarəsinin rəis müavini – Fövqəladə Hallar Nazirliyinin Xüsusi İdarəsinin rəisi;
– Polis general-mayoru Leonid Kolomiyets, Daxili İşlər Nazirliyinin Tümen vilayəti üzrə İdarəsinin rəisi;
– Polis general-mayoru Aleksandr Pryadko, Daxili İşlər Nazirliyinin Arxangelsk vilayəti üzrə İdarəsinin rəisi.