“Dağlıq Qarabağın Azərbaycanlı icmasının tərkibində xüsusi fond yaradıla bilər”.
Modern.az xəbər verir ki, bu təkliflə Baş Nazirin keçmiş müavini Əli Həsənov çıxış edib.
“Şəxsən mən özüm hər ay pensiyamdan bu fonda 200 manat pul köçürməyə hazıram. Həmçinin imkanlı şəxslər də bu fonda vəsait ayırmalı, yardım etməlidirlər. Bu, ümummili işdir. İcma beynəlxalq təşkilatlarda konfranslara getmək üçün başqa yerdən vəsait axtarmamalıdır, özlərinin vəsaitləri olmalıdır”, – deyə Əli Həsənov bildirib.