Qazaxıstanın “Bek Air” şirkətinə məxsus “Fokker 100” təyyarəsi Almatı hava limanı yaxınlığında qəzaya uğrayan təyyarədə azərbaycanlı sərnişinlərin olub-olmaması ilə bağlı araşdırmalar davam edir.
Bununla bağlı Oxu.Az-a Azərbayanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva açıqlama verib:
“Ölkəmizin Qazaxıstandakı səfirliyinin verdiyi məlumata əsasən, Almatıda baş vermiş təyyarə qəzası nəticəsində xəsarət alanlar arasında azərbaycanlıların olması ilə bağlı hələ ki, məlumat daxil olmayıb”.
Xatırladaq ki, Qazaxıstanın “Bek Air” şirkətinə məxsus “Fokker 100” təyyarəsi Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb. Almatı – Nur-Sultan reysi ilə uçan təyyarənin göyərtəsində 95 sərnişin və 5 heyət üzvü olub. İlkin məlumatlara görə, təyyarə qəzasında 14 nəfər həlak olub, daha 35 nəfər xəsarət alıb. Yaralılardan 22-sinin vəziyyəti ağır qiymətləndirilir.