Peşəkar Futbol Liqası 2019-cu ilin yekunu ilə bağlı statistika açıqlayıb.
Qol.az qurumun saytına istinadən xəbər verir ki, bu il Azərbaycan Premyer Liqasında 112 oyun keçirilib. 2018/19 mövsümünün ikinci və 2019/20 mövsümünün ilk yarısında eyni 8 komanda mübarizə aparıb. Baş tutan 112 qarşılaşmada 279 qol vurulub. Orta məhsuldarlıq 2,49-a bərabər olub.
Premyer Liqada 2019-cu ilin ən yaxşısı “Qarabağ”dır. Ağdam klubu keçirdiyi 28 qarşılaşmada hamıdan çox – 20 qələbə qazanıb. İl ərzində yalnız bir dəfə uduzan Qurban Qurbanovun komandası digərlərindən daha çox – 67 xal toplayıb. İkinci göstəriciyə malik “Neftçi” 17 xal az yığıb. 3-cü nəticə isə “Zirə”yə məxsusdur.
2019-cu ildə “Qarabağ” ən çox, “Sabah” ən az qol vuran komanda olub. Ağdamlılar həm də ən az top buraxandısa, “Səbail” qapısında daha çox qol görüb.
Ümumiyyətlə, il ərzində yalnız iki komanda – “Qarabağ”la “Neftçi” top fərqində müsbət saldoya malik olub. Digər 6 klubun buraxdığı qol sayı vurduğundan çoxdur.
1. “Qarabağ” – 28 oyun, 67 xal
2. “Neftçi” – 28 oyun, 50 xal
3. “Zirə” – 28 oyun, 38 xal
4. “Keşlə” – 28 oyun, 34 xaı
5. “Qəbələ” – 28 oyun, 32 xal
6. “Sumqayıt” – 28 oyun, 32 xal
7. “Səbail” – 28 oyun, 32 xal
8. “Sabah” – 28 oyun, 23 xal