Dünya

Trampın qızından ETİRAF: “Uşaqlarım üçün gedərəm”

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp gələn il Ağ Evdə işləməyə bilər.

Publika.az xəbər verir ki, bunu İvanka özü CBS televiziyasında qonaq olarkən açıqlayıb.

Prezidentin məsləhətçisi vəzifəsini yerinə yetirən İvanka 2020-ci ildə atasının yenidən prezident seçiləcəyi təqdirdə, Ağ Evdə qalıb-qalmayacağının dəqiq olmadığını dilə gətirib. O bildirib ki, işinə davam etməsi uşaqlarının vəziyyətindən asılıdır. Həmçinin, siyasət onu əvvəlki qədər maraqlandırmır.

Qeyd edək ki, İvanka Tramp atasının digər məsləhətçisi olan Cerard Kuşner ilə evlidir. Cütlüyün Arabella (8), Yosef (6) və Teodor (3) adlı 3 övladı var. Onlar Donald Trampa məsləhətçilik etmək üçün 2017-ci ildə Nyu-Yorkdan Vaşinqtona köçmüşdülər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir