Manşet

Yevlaxda tövlə yandı: Dörd nəfər zəhərləndi

Yevlax şəhərinin Kövər kəndində ümumi sahəsi 240 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 15 ton ot bağlamasının yeddi tonu yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, yüksək temperaturdan yaxınlıqdakı “VAZ” markalı minik avtomobili qarsalanıb.

Hadisə kənd sakini Elman Rüstəmovun fərdi təsərrüfatında baş verib.

Yanğın nəticəsində 11 baş iribuynuzlu heyvan tələf olub.

Hadisə zamanı dörd nəfər tüstüdən zəhərlənib. Onlardan ev sahibinin həyat yoldaşı, 1981-ci il təvəllüdlü Tahirə Rüstəmova, 2003-cü il təvəllüdlü qızı Ayişə Rüstəmli və 1959-cu il təvəllüdlü yaxın qohumları Dilbəzər Rüstəmova xəstəxanaya çatdırılıb.

Bitişik ev və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir