İqtisadiyyat

Mərkəzi Bankdan manatla bağlı açıqlama

Azərbaycan manatının məzənnəsinin dinamikası növbəti ildə də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaq.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2020-ci il və ortamüddətli dövr üçün pul siyasəti və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.
Hesablamalara görə, manatın möhkəmlənməsinin qiymətlərə azaldıcı təsiri ilə müqayisədə onun ucuzlaşmasının artırıcı təsiri daha yüksəkdir.

Bəyanatda qeyd edilib ki, 2019-cu ildə daxili valyuta balansında təklif tələbi üstələyib, manat bahalaşma təzyiqləri altında olub. Valyuta təklifi əsasən tədiyə balansının profisiti, fiskal məqsədlər üçün istifadə olunan neft gəlirləri və dedollarlaşma meylləri ilə dəstəklənib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir