Dünya

İranda generalın ölümünə görə matəm elan edildi

Dünən axşam saatlarında ABŞ Prezidenti Donald Trampın birbaşa təlimatı ilə İraqın paytaxtı Bağdaddakı hava limanına edilən raket hücumu zamanı ölən İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandanı müavini Əbu Mehdi əl-Mühəndisiyə görə İranda 3 günlük matəm elan olunub.

Bu barədə İranın Ali Dini lideri Ayətullah Xamenei qərar verib.

ABŞ-ın hücumu sərt şəkildə qınanılıb.
Qeyd edək ki, Qasım Süleymani Suriya və İraqda terrorçulara qarşı mübarizədə və uğurlu əməliyyatların təşkilində bir nömrəli şəxs hesab edilirdi.

BAKU.WS

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir