“Qarabağ”dakı birinci mövsümümdə hər şey yaxşı idi. Mən daimi oynayırdım. Lakin ikinci mövsümdə vəziyyət dəyişdi. Baş məşqçi mənə etimad göstərməməyə başladı. Yüz faiz məşq edirdim. Sadəcə, bir az oyun praktikamı itirmişdim. Amma indi “Levski”nin heyətində toparlanacağam. Yaxşı vəziyyətdə olmaq üçün bacardığım hər şeyi edəyəcəm”.
Qol.az xəbər verir ki, bu sözləri hazırda “Levski”də çıxış edən “Qarabağ”ın sabiq futbolçusu Simeon Slavçev Bolqarıstan mətbuatına açıqlamasında deyib.
O, oynadığı ölkələrdə legionerlərin arxa planda qaldığını söyləyib: “Mən Portuqaliya, Polşa, Kipr, İngiltərə və Azərbaycanda oynamışam. Bu ölkələrdə fərqli şeylər görsəm də, bir cəhət hamısı üçün xarakterikdir.Onlar ilk növbədə öz oyunçularına dəyər verir, sonra əcnəbilərə. Oynadığım komandalar ilk növbədə yerlilərə şans verirdilər. Legionerlər arxa planda qalırdı. Həmçinin azarkeşlər də öz futbolçularını daha çox sevirlər”.
Qeyd edək ki, 2018-2019-cu illərdə “Qarabağ”da oynayan Slavçev dekabrda Ağdam klubundan ayrılaraq “Levski”yə keçib.