Manşet

Qanunsuz spirtli içki satan azərbaycanlı məsuliyyətə cəlb olundu

Rusiyanın Xabarovsk vilayətində qanunsuz spirtli içki satan azərbaycanlı məsuliyyətə cəlb edilib.

Amurpress.ru-nun verdiyi xəbərə görə, 50 yaşlı azərbaycanlı “Mnoqoryadov” toptansatış və pərakəndə məhsul bazarında tanımadığı şəxslərdən spirtli məhsullar alıb.

O, həmin şəxslərdən aldığı aksiz markası olmayan araq, konyak və etil spirtini icarəyə götürdüyü konteynerlərdə və qarajda saxlayıb.

Daha sonra həmin məhsulları bir il altı ay ərzində bazarda yerləşən ticarət köşklərinə paylayıb və fərdi sahibkarlara satıb.

Hüquq-mühafizə orqanı işçiləri ona məxsus ümumi dəyəri 1,7 milyon rubl (47 000 AZN) olan səkkiz mindən çox şüşə və 269 min rubl (7,451 AZN) dəyərində altı min litrdən çox etil spirti müsadirə edib.

Azərbaycanlının hadisəni törətdiyi sübut olunarsa, o, altı ilə qədər həbs oluna bilər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir