Dünya

Liviyada müharibə davam edəcək: Həftar Moskvanı barışıqsız tərk etdi

Liviya Milli Ordusunun komandanı marşal Xəlifə Həftar və Milli Barışıq Hökumətinin başçısı Faiz Sərrac arasında Moskvada keçirilən danışıqlar nəticəsiz sona çatıb.

“RİA Novosti” Liviya mənbələrinə istinadən xəbər verir ki, tərəflər arasında saziş imzalanmamış Həftar Moskvanı tərk edib.

Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəflərin qərar qəbul etmək üçün səhərə qədər vaxt istədiklərini bildirib.

Moskvada keçirilən görüş Rusiya və Türkiyə diplomatlarının iştirakı ilə baş tutub. Onun yekununa görə tərəflər arasında Liviyada atəşkəs haqqında saziş imzalanmalı idi.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir