İqtisadiyyat

Mikayıl Cabbarov: “Əhalinin gəlirlərinin artım tempi orta illik ilnflyasiyanı üstələyib”

“Ötən dövr ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm addımlar atılıb. Nəticədə əhalinin gəlirlərinin nominal artım tempi 7,4 faiz təşkil edərək, orta illik ilnflyasiyanı üstələyib”.

Bizimyol.info xəbər verir ki, 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, ötən dövrdə orta aylıq əməkhaqqının artım tempi 16,4 faiz təşkil etməklə, əhalinin gəlirlərinin artım tempini əhəmiyyətli üstələyib ki, bu da həm əmək haqlarının artırılması, həm də əmək bazarının leqallaşması prosesləri ilə bağlıdır.

Nazir vurğulayıb ki, vergi sahəsində aparılan islahatlar nəticəsində “kölgə iqtisadiyyat”nın həcmi azalmaqdadır: “2019-cu ildə vergi daxilolmaları tarixi maksimuma-7.672,6 milyon manata çatıb. Son 2 ildə dövlət büdcəsinə olan artım ödəmələr 721,4 manat həcmində azalıb”.

M.Cabbarov qeyd edib ki, 2019-cu ildə Azərbaycanda ÜDM-in real artımı 2,2 faiz, qeyri-neft sektorunda isə 3,5 faiz təşkil edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir