Suriya ordusu ölkənin İdlib vilayətində hərbi əməliyyatlara başlayıb.
“RİA Novosti” xəbər verir ki, döyüşlər bölgənin cənub-şərqində gedir.
Məlumata əsasən, Əsəd ordusuna qarşı döyüşən qüvvələr atəşkəs barədə əldə olunan anlaşmanı pozublar.
Qeyd edək ki, ölkənin digər bölgələrində döyüşlər artıq yanvarın 10-dan başlayıb.