Manşet

Ərdoğan və İmamoğlunun reytinqi açıqlandı

Ərdoğan 50,2 faizlə ölkənin ən çox bəyənilən siyasətçisidir

 

Türkiyənin “Metropoll” araşdırma şirkəti ötən ilin dekabrında ölkə ərazisində keçirdiyi sosioloji sorğunun nəticələrini açıqlayıb.

 

AYNA “Report”a istinadən xəbər verir ki, Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan 50,2 faizlə ölkənin ən çox bəyənilən siyasətçisidir.

 

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu (48,6%, CHP) siyahıda ikinci, Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş (38,8%, CHP) isə üçüncü sırada qərarlaşıb.

 

Siyahıda həmçinin Devlet Bahçeli (34%, MHP), Kamal Kılıçdaroğlu (33,7%, CHP) və digər siyasətçilər var.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir