Cəmiyyət

Bu il bölgələrdə ictimai nəqliyyat vasitələri yenilənəcək – RƏSMİ

“Bölgələrdə nəqliyyat vasitələrinin yenilənməsi daha sürətli şəkildə həyata keçiriləcək”.
Bunu “Real TV”yə müsahibəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəis müavini İbrahim Əliyev bildirib.
O vurğulayıb ki, ötən illərdə sahibkarlar tərəfindən bəzi bölgələrdə avtobuslar yenilənib: “Ümumilikdə, məqsədimiz Azərbaycanın bütün bölgələrində əhaliyə göstərilən xidmətin keyfiyyətini qaldırmaqdır. Bölgələrdə 15-20 il istifadə edilən avtobuslar var və onların yenilənməsinə böyük ehtiyac var”.

İ.Əliyev qeyd edib ki, cari ildə həm bölgələrdə, həm də rayonlararası nəqliyyat vasitələrinin dəyişdirilməsi üçün çalışacağıq: “Eyni zamanda, şəhərlərarası daşımalarda yeni nəqliyyat vasitələrinin təmin edilməsini həyata keçirəcəyik”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir