Ermənistanda hərbi qulluqçunun intihara təhrik edilməsinə görə cəzalar sərtləşdiriləcək.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ehtiyatsızlıqdan intihara təhrikə görə 3 ildən 8 ilə qədər həbs cəzası nəzərdə tutulub. Əgər intihara səbəb bir qrup hərbçi ya hərbi hissə komandiri olarsa, cəza müddəti 5 ildən 10 ilə qədər ağırlaşdırılacaq.
Hərbi vəziyyət zamanı hərbçinin intihara təhrikinə görə isə 7 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə müddəti nəzərdə tutur.