Mövsümün əvvəlində böyük ümidlərlə “Qalatasaray”a keçən Əmrə Mor komandadan ayrılacaq.
Mediabiz.az-ın məlumatına görə, klub rəhbərliyi gənc oyunçunu yola salmaq qərarına gəlib.
Ötən ilin yayında “Selta”dan birillik icarəyə götürülən 22 yaşlı hücumameyilli futbolçu baş məşqçi Fatih Terimin ümidlərini doğrulda bilməyib. Nəticədə “sarı-qırmızılılar” ona özünə yeni klub tapa biləcəyini söyləyiblər. Bu üzdən Əmrə Morun meneceri ona komanda tapmaq üçün hərəkətə keçib.
Qeyd edək ki, Əmrə Morun “Selta” ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir. O, “Qalatasaray”ın heyətində bütün turnirlərdə 15 matçda meydana çıxıb.//Apa.az