Manşet

Bu halda elektrik sayğacları ev sahibinin iştirakı olmadan dəyişdirilə bilər – RƏSMİ

“Elektrik sayğaclarında qüsur aşkarlanarsa qüsur aktı yazılır və dəyişdirilir. Bu zaman ev sahibinin orada olması vacib deyil”.

Bunu açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. O bildirib ki, sayğaclar müəyyən müddət ərzində istifadə olunduğu üçün vaxtaşırı nəzarət idarəsi tərəfindən yoxlanılır:
“Baxış keçirilən zaman elektrik sayğaclarında qüsur aşkarlanarsa qüsur aktı yazılır və dəyişdirilir. Bu zaman ev sahibinin orda olması vacib deyil. Amma qüsur aşkarlanan zaman ev sahibinə laboratoriya göstəriciləri haqqında da məlumat verirlir. Ev sahibinin iştirakı olmadan dəyişdirilən sayğaclarda əlavə göstərici ola bilməz”.

T. Mustafayevin sözlərinə görə, əgər sayğaca kənar müdaxilələr olubsa bu zaman gedən proseslərdə ev sahibinin iştirakı vacibdir:

“Əgər sayğaca kənardan xətt qoşulubsa və ya hər hansı bir müdaxilə varsa bu zaman ev sahibi müdaxilə faktını görmək üçün mütləq laboratoriyada iştirak etməlidir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir