ABŞ Prezidenti Donald Tramp razılığa gəlinməyəcəyi təqdirdə Avropa Birliyindən (AB) idxal olunan avtomobillərə 25 faiz gömrük vergisi tətbiq olunacağı ilə hədələyib.
“HaberGlobal”ın məlumatına görə, bu barədə Tramp Davosda Dünya İqtisadi Forumunda jurnalistlərə müsahibəsində bəyan edib.
Tramp ABŞ və AB arasında ticarət danışıqlarının sona çatacağı tarixi açıqlamayıb.
“Onlar son tarixin nə vaxt olduğunu bilirlər”, – deyə o bildirib. (Oxu.az)