Yanvarın 21-i Yaponiya höküməti ölkədə 6-cı nəsil əlaqə sistemlərinin (6G) tətbiqinə hazırlaşmağa qərara alıb.
Bu tətbiqin 2030-cu ildə həyata keçirilməsi planlaşdırılır.
Bununla bağlı texniki mütəxəssislərdən, fərdi biznes sahiblərindən və digər şəxslərdən ibarət şura yaradılır.
2020-ci ilin yayına artıq 6G-nin tətbiqinin strategiyası hazır olacaq.
Qeyd etmək lazımdır ki, elə 2020-ci ilin yazında 5G-nin texnologiyanın tətbiqi gözlənilir.
Yeri gəlmişkən 5G texnologiyası artıq ABŞ və Cənubi Koreyada tətbiq edilir.