Dünya

Yaralanan ABŞ hərbçilərinin sayı 11 nəfərdən çoxdur – RƏSMİ AÇIQLAMA

ABŞ ordusunun Mərkəzi Komandanlığı İran ordusu tərəfindən İraqda yerləşən ABŞ hərbi bazasına hücum zamanı xəsarət almış hərbçilərin bu ölkənin Almaniyada yerləşən tibb müəssisinə müalicəyə göndərildiklərini açıqlayıb.

Xəbəri CNN agentliyi yayıb.

Daha öncə verilən məlumatda “Eynül Əsəd” bazasına endirilən hava hücumları nəticəsində 11 ABŞ hərbçisinin yaralandığı bildirilirdi. Almaniyaya göndərilənlərin isə yeni hərbçilər olması yaralıların sayının göstəriləndən artıq olmasına dəlalət edir. Yaralıların dəqiq sayı haqqında məlumat yoxdur.

Mərkəzi komandanlığın nümayəndəsi hərbçilərin Almaniyaya müalicəyə göndərilməsini “ehtiyat tədbiri” kimi qiymətləndirib. Məsul şəxs bildirib ki, müayinə zamanı hərbçilərdə yeni xəsarətlərin aşkar olunacağı da istisna deyil.

Xatırladaq ki, yanvarın 3-nə keçən gecə İran generalı Qasım Süleymani İraqda ABŞ ordusunun həyata keçirdiyi hava hücumu nəticəsində öldürülüb.

Yanvarın 8-ə keçən gecə isə İslam İnqilabı Keşikçiləri Korpusu Vaşinqtona cavab verib. Belə ki, ABŞ-ın İraqda yerləşən iki hərbi bazasına raket zərbələri endirilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir