Suriyada xidmət edən Rusiya və ABŞ hərbçiləri arasında əvvəllər də dekonflikasiya ilə bağlı problemlər yaşanıb.
Zirveyolu.info xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamentindən Suriya üzrə xüsusi nümayəndə Ceyms Cefri bildirib.
O, amerikalıların Manbicdə xidmət edən rus general-mayorun amerikalılar tərəfindən “tutulması” hadisəsini qeyd edib. O zaman hadisə iki ölkənin hərbçiləri arasındakı rabitə kanalları vasitəsi ilə həll edilib Elə həmin kanallar vasitəsilə Rusiya hava qüvvələrinin təyyarələrinin amerikalıların nəzarəti altındakı ərazilər üzərindən uçmaması da razılaşdırılmışdı.
Cefri problemlərin təxminən 14 ay əvvəl, Rusiya qoşunlarının bu bölgədəki fəaliyyətinin artdığı vaxt başladığını söyləyib.
Tutulan rus generalının adı açıqlanmır. (Oxu.az)