Şou biznes

Samir Elgizə görə ARB-yə qadağa qoyub

Müğənni Samir Cavadzadə ARB kanalına qadağa qoyub.

Axşam.az-ın məlumatına görə, sənətçi çağrılan bütün verilişlərdən imtina edir və heç vaxt sözügedən telekanala getməyəcəyini deyib. Buna səbəb isə aparıcı Elgiz Əkbərin “Elgizlə izlə” proqramında Samirin qardaşını çıxarıb, ailəsi ilə bağlı şikayətini yayımlaması olub.

Hətta həmin ərəfədə Elgizin proqramda “Samir bir azdan studiyamızda olacaq” anonsu da yalan imiş. İfaçı heç vaxt bu məsələ haqda danışmayacağını, efirlərdə ona bunla bağlı suallar ünvanlanmasına imkan verməyəcəyini söyləyib.

Həmin hadisədən sonra ARB TV-nin digər verilişləri müğənnini qonaq çağırsa da, o, qatılmaqdan imtina edib.

Qeyd edək ki, S.Cavadzadənin qardaşı Ramin evsiz olduğunu, küçələrdə yatdığını deyib. Kömək istəyən Ramin qardaşının ona baxmamasından gileylənib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir