Dünya

İran XİN rəhbəri ABŞ-la danışıqları mümkün sayır

İranın Xarici İşlər naziri Cavad Zərif ABŞ-la danışıqlar aparılmasının mümkünlüyünü istisna etməyib.
Zirveyolu.info -ın məlumatına görə, C. Zərif bu barədə Almaniyanın “Spiegel” jurnalına müsahibəsində bildirib.
General Qasim Süleymaninin öldürülməsindən sonra ABŞ-la danışıqların mümkün olub-olmayacağı barədə sualı cavablandıran İran XİN rəhbəri deyib ki, insanların öz yanaşmasını dəyişdirməsini və reallığı qəbul etməsini heç vaxt istisna etməyib: “Bizim üçün Ağ Evdə kimin oturduğu vacib deyil. Əsas onların özlərini necə aparmasıdır. Tramp Administrasiyası keçmişdən dərs çıxara, sanksiyaları götürə və danışıqlar masası arxasına qayıda bilər. Biz hələ də danışıqlar masasındayıq, masadan onlar qalxıb”.
Xatırladaq ki, bu il yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ-a məxsus pilotsuz uçuş aparatından endirilən zərbələr nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı general Qasım Süleymani və İraqın şiə könüllülərdən ibarət “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis də daxil olmaqla, 10 nəfər öldürülüb.İran buna cavab olaraq ABŞ-ın İraqdakı iki hərbi bazasına raket zərbələri endirib. ABŞ tərəfi itki verməyib. (APA)

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir