Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində bir çox ərazilərdə dağıntılar və insan tələfatı qeydə alınıb.
“Haberler” xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat verib.
Verilən məlumata görə, zəlzələ nəticəsində dünyasını dəyişənlərin sayı 19 nəfərə çatıb. Yaralıların sayı isə 700 nəfərdən çoxdur.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi isə məlumat yayıb ki, fəlakət bölgəsinə Türkiyənin 28 əyalətindən 493 xilasedici qrup cəlb edilib.
Zəlzələ bölgəsində 2 minə yaxın çadır qurulub.
Qeyd edək ki, Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda Rixter cədvəli ilə 6,8 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkan yerli vaxtla saat 20:55-də qeydə alınıb.
Təkanların ocağı yerin 6.75 kilometr dərinliyindədir.
Təkan ətraf bölgələrdə də hiss olunub.