“Paytaxt ərazisində bəzi məktəblərdə şagirdlərin daşınması üçün məktəb avtobusları fəaliyyətə başlayacaq”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş mətbuat konfransında deyib.
Nazir bildirib ki, bununla bağlı Bakı Nəqliyyat Agentliyi ilə sıx əlaqəyə başlanılıb: “Valideynlər tərəfindən məktəblilər üçün avtobusların təşkil olunması ilə bağlı müraciətlər daxil olur. Müraciətləri nəzərə alaraq BNA ilə sıx əlaqəyə başlamışıq və bu istiqamətdə irəliləyə bilmişik. Düşünürəm ki, əhalinin sıx məskunlaşdığı ərazilərdə yeni tədris ili başlayana kimi məktəb avtobuslarının təmin olunmasına nail olacağıq. Təbii ki, bu, bütün məktəbləri əhatə etməyəcək. Amma layihənin təkmilləşdirilməsi planlaşdırılır”.